"Qarabağ" ölkəmizə olan təxribatlara qarşı yaxşı bir silahdı" Qurban Qurbanov

Jurnalistlərin ilin məşqçisi seçidiyi "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov mükafatlandırma mərasimində fikirlərini böüşüb.

Newsport.az saytının məlumatına görə48 yaşlı mütəxəssis Ağdam klubunun davamlı şəkildə avrokubokda qrup mərhələsində iştirak etməsinin Azərbaycan üçün böyük önəm kəsb etdiyini vurğulayıb:

"Hər kəsə təşəkkür edirəm. Hər dəfə bu adı qazananda daha çox sevinirəm və həddindən artıq məsuliyyətli oluram. Bizim işimiz elədi ki, həmişə uğursuzluq ola bilər. Düşünmüşəm ki, birdən çempion olmaya, avrokubokda qrupda düşməyə bilərik. Buna görə qorxuram. Stabil uğur qazanmaq asan deyil. Təkcə futbolda yox, həyatda səhvlər olur. İstərdim hər il minimum Avropa Liqasının qrup mərhələsində Azərbaycanın bir komandası olsun. Bu, ölkənin tanınması üçün önəmlidi. Hər il nəsə hadisə olur. Bəzisi gəlir bayrağa bənzər əski çıxarır, təxribat edir. "Qarabağ" bu cür hallara, ölkəmizə olan təxribatlara qarşı silahdı. Çempionluğu çətin əldə etdik, Avropa Liqasında da qrupda düşmək asan olmadı. İnanıram ki, "Qarabağ" olmasa da, hansısa komandamız Avropa Liqasında qrupdan çıxacaq. Bu ada yenə məni layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm. Jurnalistlərin dəyər verməsi mənim üçün önəmlidi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right