14 oyun, 21 futbolçu

Azərbaycan Premyer Liqasında 2019-2020-ci illər mövsümündə birinci dövrə başa çatıb.

 

Newsport.az xəbər verir ki, "Qəbələ" ilk iki oyunda keçirdiyi 14 oyunda 13 xal toplayıb. "Qırmızı-qaraları" ilk 13 turda meydana çıxaran Sənan Qurbanov və baş məşqçi vəzifəsi yeni gətirilən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb.

 

İki futbolçu -  Qismət Alıyevlə Davit Vollov əyalət təmsilçisinin çempionatdakı bütün görüşlərində meydanda olublar. Komandanın yetirməsi olan Qismət meydanda daha çox dəqiqə keçirməklə bu göstərici üzrlə lider olub -1211 dəqiqə. Amin Seydiyev, Ülvi İsgəndərov, Merab Qiaquri və Fernan Lopez 13 matça çıxıb. 13 futbolçu isə qarşılaşmaların yarıdan çoxunda - ən az 8 görüşdə iştirak edib.

 

"Qəbələ"nin mövsümün ilk yarısında vurduğu 14 qola 6 futbolçu imza atıb. Komandanın bombardiri Davit Volkovdur - 5 qol. Ülvi İsgəndərli, Rövlan Muradov, Fernan Lopez  2 qola seviniblər. Qismət Alıyevlə Roman Hüseynov hərəyə 1 dəfə rəqib qapısına yol tapıblar. Komandanın 1 qolu isə avtoqola imza atan Donald Geryenin ("Neftçi") hesabına yazılıb.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah