"Qarabağ"a vurduğumuz təmiz qol sayılmadı" "Düdelanj"ın baş məşqçisi

"Biz rəqibdən daha yaxşı oynadıq. Qazanılan xala layiq idik. Avrokuboklarda iştirak, xallar yaxşı nəticədir. Amma burada qazandığımız 1 xala baxmayaraq, məyusluq hökm sürür".

Newsport.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Düdelanj"ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin son turunun "Qarabağ"la dünənki oyunundan sonra deyib. 1:1 hesablı heç-heçəni şərh edən mütəxəssis qazanılan xala baxmayaraq, nəticəni məyusedici sayıb. Krasson "Qarabağ"ın qapısına vurulan, lakin sayılmayan qol haqda da danışıb:

"Bu cür yarışda VAR sisteminin olmaması həqiqətən xoşagəlməzdir. Çünki qaydalar çərçivəsində vurduğumuz qol hesaba alınmadı. Cəmi bir neçə saniyə sonra ekranda ofsayd olmadığı göründü. Buna dözmək məcburiyyətindəsiniz, amma qərarla razılaşmaq asan deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right