"Zirə" rəhbərliyi onu yola salmağa hazırlaşır Getmək istəmir

"Zirə"də klubdaxili toplantı keçirilməsi və Cavid Hüseynovla Riçard Qadzenin "Səbail"lə görüşdə mübahisə etməsinə görə məşqçilər korpusu tərəfindən cəzalandırılmasından məlumatlısız.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Zaur Həşimov rəhbərlik qarşısında Anastasios Papazoqlunun müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilməsinə dair məsələ qaldırıb.

Qəsəbə klubuna bu ilin iyulunda OFİ-dən gəlmiş yunanıstanlı mərkəz müdafiəçisi təkliflə qismən razılaşıb. Klubla müqaviləsi yayda başa çatacaq 31 yaşlı futbolçu 5 aylıq maaşının əvvəldən ödənilməsini istəyib.

Lakin "Zirə"dən yalnız 2 aylıq məvacibi ala biləcəyini eşidincə danışıqlar "dalana dirənib". Hacıyev Papazoqluya qalan oyunlarda ona ehtiyac duyulmadığını bildirib.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right