Azərbaycanda tanınmış futbolçu niyə həbs olunub?

Bir qədər əvvəl xəbər verdiyimiz kimi millimizin keçmiş yarımmüdafiəçisi Cəmşid Məhərrəmov saxlanılıb. Sonuncu peşəkar klubu 2017-ci ildə "Rəvan" olan futbolçu təqsirləndirilən şəxs qismində gözaltına alınıb.

Newsport.az-ın məlumatına görə, ötən mövsüm Region Liqasında çıxış etmiş Cəmşidin danışılmış oyunlarda iştirakına dair ciddi şübhələr var. İlkin ehtimal belədir ki, onun saxlanılması qeyri-leqal bukmeyker kontorlarıyla əlaqadardır.

Məhərrəmovun müəyyən futbolçularla əlbir olaraq Premyer Liqanın bəzi matçlarına pul qoyuluşu etməsi və danışılmış oyunların təşkilində iştirakı araşdırılır.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right