AFFA-nın sabahkı iclası qapalı olacaq

Xəbər verdiyimiz kimi, sabah - dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. 

Newsport.az saytının məlumatına görə, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, “Qəbələ” Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə ounacaq.

Maraqlıdır ki, bu vacib toplantıdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə AFFA-nın saytı xəbər yayıb. Bildirilib ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında yerləşdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right