"Qələbə bizə yaxşı pul qazandırar" - "Düdelanj"ın futbolçusu

"Nikosiyada 4:3 hesablı qələbə qazanaraq, turnirə əla başlanğıc etdik. Bunu evdəki görüşdə də təkrarlaya bilərdik. Avropa Liqasında "Milan", "Betis", "Olimpiakos", "Sevilya" kimi böyük rəqiblərlə qarşılaşmışıq".

Newsport.az saytının məlumatına görə, bunu "Düdelanj"ın yarımmüdafiəçisi Dominik Stolz deyib.

Almaniyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirib. 29 yaşlı oyunçu yerli mətbuata açıqlamasında xal qazanmaq istədiklərini bildirib: "Bakıya uzun səyahət faydalı olmalıdı. Qələbə kluba yaxşı pul qazandırar".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right