Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

"Avropa çempionatında iştiraka görə UEFA-dan pul alacağıq və bu məbləğdən turnir zamanı istifadə etməliyik". Newsport.az saytı xəbər verir ki, bunu Uels Futbol Assosiasiyasının icraçı direktoru Conadan Ford deyib.

Yerli mətbuata açıqlama verən assosiasiya rəsmisi AVRO-2020-də A qrupunda düşməyin onlar üçün uğursuz olduğunu söyləyib.

Ford bunu əsasən xərclərlə əlaqələndirib: "UEFA-dan veriləcək gəlirin bir hissəsini ölkəyə qaytarmaq lazımdı ki, futbola yatırım edib, yenidən belə böyük turnirə vəsiqə qazana bilək. Ancaq indi xərclər astronomikdi və xüsusən də, loqistik baxımdan daha çox pul xərcləməliyik. 24 komandalı turnirdə hətta əlavə pul xərcləyə də bilərik. Bəzi komandaların ev və maddi üstünlüyü var. Bundan əlavə Bakı ilə Mərkəzi Avropa arasında saat fərqi var. Loqistik baxımdan bizim üçün çətin turnir olacaq. Buna görə də bəzi planlar qurmaq məcburiyyətindəyik. İstənilən halda komandamıza uğurlu çıxış üçün hər cür şərait yaradacağıq".

Qeyd edək ki, Uels yığması oyunlarının Bakı və Romada keçiriləcəyi A qrupunda qərarlaşıb. Britaniya təmsilçisi İtaliya, İsveçrə və Türkiyə ilə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah