UEFA-da AVRO-2020 ilə bağlı seminarlar

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında çempionata ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün təşkil olunmuş seminarda iştirak edir.

Newsport.az xəbər verir ki, Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidi.

Budan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında AVRO-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah