"Qarabağ" - "Düdelanj" matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Düdelanj" görüşünün hakimləri müəyyənləşib. Newsport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmaya Estoniyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Matçda ədalət təmsilçisi Kristo Tohver olacaq. Ona Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Əlavə edək ki, 2010-cu ildən FIFA referisi statusunu daşıyan Kristo Tohver karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 21:55-də başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah