Gündüz Qurbanov, axşam Krasson

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Newsport.az xəbər verir ki, son məşqlər dekabrın 11-nə təsadüf edəcək.

Həmin gün saat 13:30-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" - "Düdelanj" matçı dekabrın 12-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right