Millimizin üzvü cəzalı duruma düşdü

Hətəsonu Ukrayna Premyer Liqasının XVIII turunu 16 futbolçu buraxacaq. Newsport.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Bildirilir ki, onlardan biri də Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevdi. Cinah oyunçusu ötən turda "Vorskla" ilə (3:0) qarşılaşmada sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Beləliklə, Paşayev dekabrın 15-də "Dnepr-1"lə səfər oyununu buraxmalı olacaq.

Qeyd edək ki, "Aleksandriya" hazırda 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right