İlkin Qırtımovun atası: Qızım intihar etməyib...

Azərbaycan millisi və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısının intiharı ilə bağlı atası, Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımov açıqlama verib. Newsport.az xəbər verir ki, o, qızının intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini deyib.

“Sevinc Yasamalda oğlumla ("Keşlə"nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən qaytaranda ayağı sürüşüb və aşağı düşüb (ağlayır)”.

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib (unikal.org).

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah