Türkiyə millisinin AVRO-2020 şansı: Final gözləyənlər var

Türkiyədə milli komandanın Avropa çempionatına vəsiqə qazanması ilə bağlı sorğu keçirilib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sorğuda azarkeşlər seçmə mərhələnin qəhrəmanının adını yazıblar.

Səsvermədə baş məşqçi Şenol Günəş komandanın qitə birinciliyinə yollanmasının əsas səbəbkarı seçilib. Təcrübəli mütəxəssis respondentlərin 69,9% səsini toplayıb. Seçmə mərhələdə ən çox bəyənilən futbolçu 27,9% səs yığan Merih Dəmiral olub. "Yuventus"un müdafiəçisi 17 futbolçu arasında ən yaxşı olub.

Maraqlıdı ki, 3-cü sırada Türkiyə Futbol Federasiyası (TFF) yer alıb. Belə ki, TFF komandanın uğurlu çıxışında əsas pay sahiblərindən biri kimi göstərilib - 1,9%.

Həmçinin "ay-ulduzlular"ın final mərhələsindəki şansları ilə bağlı da sorğu aparılıb. 30,6% hesab edir ki, yığma yarımfinala qədər irəliləyəcək. 30,2% 1/4 finalı, 17,6% isə finalı proqnozlaşdırır. Azarkeşlərin 3%-i komandanın qrupda qalacağını düşünür.

Qeyd edək ki, A qrupunda yer alacaq Türkiyə millisi Romada İtaliya ilə, Bakıda isə Uels və İsveçrə ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right