"İstər Bakıda, istər Londonda..." Manuel Akanji

"Çox yaxşı qrupa düşmüşük". Newsport.az saytının məlumatına görə, bunu İsveçrə yığmasının müdafiəçisi Manuel Akanji deyib.

Dortmund "Borussiya"sının üzvü ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin final mərhələsi barədə fikirlərini bölüşüb. 24 yaşlı oyunçu A qrupundakı şanslarını dəyərləndirib.

O, qrupdan çıxa biləcəklərini düşünür: "Seçmə mərhələdə 10 oyunun hamısında qələbə qazanan İtaliya yığması qrupun favoriti olacaq. Ancaq irəliləmək üçün yaxşı şanslarımız var. Bu da istəyimizdən asılıdı. Əlbəttə, optimal qrup deyil. Ancaq mənim üçün fərqi yoxdu, meydana çıxıb, qalib gəlməliyik. İstər Bakıda, istərsə də Londonda".

Qeyd edək ki, İsveçrə, İtaliya, Türkiyə və Uelsin yer aldığı A qrupunun oyunları Roma və Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right