Bolqarıstan millisinin qapıçısına Azərbaycandan təklif

Bolqarıstan millisinin qapıçısı Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az saytı xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb.

Bildirilir ki, hazırda Sofiya "Slaviya"sının şərəfini qoruyan 31 yaşlı qolkiper 3 ölkədən - Qazaxıstan, Azərbaycan və Ermənistandan təklif alıb. Son illər aparıcı futbolçularını bir-bir yola salan "Slaviya"nın Georgiyevi də qış fasiləsində satması gözlənilir. Artıq Bolqarıstan millisinə də çağırılan futbolçu Paraqvayla yoldaşlıq görüşündəki (0:1) performansı ilə rəğbət qazanıb. Qapıçı Moldova və İranda legioner həyatı yaşadığından, yenidən ölkəni tərk etməsinin ona problem yaratmayacağı vurğulanıb.

Qeyd edək ki, Georgi Georgiyev "Slaviya"ya bu ilin əvvəlində "Vereya"dan keçib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah