Zaur Həşimov: "Bu qələbə ilə kifayətlənmək olmaz"

Premyer Liqanın 14-cü turunda keçirilmiş "Zirə" - "Səbail" matçından (4:1) sonra meydan sahiblərinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

 

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

"Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəkli olmasıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim. İstəyirəm ki, "Səbail" ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right