Yılmaz Vural yenə millimizə göz dikib?

Türkiyəli mütəxəssis Yılmaz Vural açıqlama verib.

Newsport.az xəbər verir ki, yerli mətbuata danışan Vural, ölkə xaricində bir milli komanda ilə danışıqlar apardığını deyib:

“Ölkə xaricində bir milli komanda ilə danışıqlar aparıram. Reallaşarsa, getməyi düşünürəm. Danışıqların nəticəsini gözləyirəm. Olmazsa, Türkiyədə hansı liqada çalışacağım önəmli deyil. 2-ci liqa, 3-cü liqadı deyə, fikir vermərəm”.

Yılmaz Vuralın Azərbaycan milli komandasında baş məşqçi postu üçün danışıqlar aparması da istisna edilmir. Bir neçə il əvvəl də adı Azərbaycanla hallanan Vural, son olaraq “Adana Dəmirspor”u çalışdırıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right