Millimiz Monteneqroya məğlub oldu

Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan Azərbaycan millisi 0:1 hesabıyla uduzub. Yeganə qolu 33-cü dəqiqədə Luka Babanya vurub.

Bu komandalar arasında keçirilən ilk yoxlama oyununda Azərbaycan millisi minimal hesablı qələbə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right