“Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

“Albasete"nin baş məşqçisi Luis Migel Ramis İspaniya 2-ci liqasının XIX turunda bu gün "Ekstremadura" ilə keçirəcəkləri oyundan danışıb.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis adı yenidən seks qalmaqalında hallanan və 3 il müddətinə azadlıqdan məhrum edilməsi gündəmdə olan millimizin və komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:

"Eddi ilə danışmışam. Tam sakitdir və yaxşı məşq edib. Əhvalı yaxşıdır. Bu, keçici vəziyyətdir. Hadisəylə bağlı məndə olan məlumat siz jurnalistlərdəki ilə eynidir".

Qeyd edək ki, İsrafilov "Eybar"da çıxış edən vaxt komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual xarakterli videonu yaymaqda günahlandırılır. Bununla bağlı araşdırma artıq yekunlaşıb. İsrafilov üçün 3 il həbs cəzası tələb olunub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right