"Qarabağ" "Keşlə" ilə heç-heçə etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

Newsport.az saytının məlumatına görə, ilin son turunun ilk oyun günündə bir görüş keçirilib.

Lider "Qarabağ" ikinci pillədə qərarlaşan "Keşlə"ni qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb. Bu hər iki komandanın 2019-cu il üçün ölkə çempionatında son oyunu olub.

Qeyd edək ki, turun digər qarşılaşmaları dekabrın 8-i keçiriləcək.

6 dekabr (cümə)

19:00.“Qarabağ” – “Keşlə” - 2:2
Qollar: 
Dani Kintana, 4 (1:0), Hacıağa Hacılı, 40 (1:1), Mahir Emreli, 45 (2:1), Tural Bayramlı, 47 (2:2)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah