"O, rəqiblər üçün təhlükə deyil" ruslar Ramil Şeydayev haqda

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Dinamo"nu tərk etməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, gənc forvard Moskva klubuna yayda keçməsinə baxmayaraq, qış fasiləsindən sonra orda qalmayacaq. Həmkarlarımız buna səbəb kimi 23 yaşlı oyunçunun heyətə düşə bilməməsini göstəriblər: "Şeydayev "Dinamo"da keçirdiyi 8 oyunda qol hesabını aça bilməyib. Son iki ayda cəmi 2 görüşdə iştirak edib, axırıncı dəfə noyabrın ortalarında Azərbaycan millisinin formasında meydana çıxıb".

Məqalədə "Dinamo"nun bu gün çempionatın XIX turu çərçivəsində "Zenit"lə keçirəcəyi matça da toxunulub. Bildirilir ki, Ramil onu yetişdirən komanda üçün artıq təhlükə sayılmır: "Dörd il əvvəl hər şey tam fərqli idi. Məhz həmin vaxt Villaş-Boaş onu "Zenit"in əsas heyətinə cəlb etdi. Çünki "Zenit-2"də keçirdiyi 13 oyunda 10 qol vurmuşdu. Şeydayev vətəndaşlığını dəyişdikdən sonra 6 klub dəyişdi, 10 qol vurdu: bu dəfə 57 matçda. "Zenit"lə bugünkü qarşılaşmada iştirak ərizəsinə salınacaq. Ancaq "Zenit" azarkeşlərinin onu meydanda görmək ehtimalı çox azdı. Çünki Şeydayev indi rəqiblər üçün təhlükə deyil".

Qeyd edək ki, Ramil Şeydayevin "Dinamo" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah