Ayxan Abbasov: "Divizionun ən döyüşkən komandası ilə qarşılaşdıq"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Zaqatala"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

 

Newsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis matçla bağlı fikirlərini bildirib:

 

"Öncə bu soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu cür havaya rəğmən onlar bu gün bizi tək buraxmadılar. Birinci dəstənin ən döyüşkən futbol oynayan komandası ilə qarşılaşacağımızı bilirdik. Biz də oyuna ciddi hazırlaşmışdıq. Premyer Liqada az forma şansı əldə edən futbolçularımıza da bu gün şans verdik. Əsas məqsədimiz turu keçmək idi ki, bunu da bacardıq. Artıq bu oyunu unudub, qarşıdan gələn matçlara hazırlaşmalıyıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah