Zaur Həşimov: “İlk qola qədər psixoloji gərginlik var idi”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

"Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu, pis alınmadı. Sadəcə, birinci qola qədər bir qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq".

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah