"AVRO-2020-də Azərbaycanı da təmsil edəcəyik" Şenol Günəş

"Qrupdakı rəqiblərimiz olan İtaliya və İsveçrə seçmə mərhələdə 1-ci yeri tutdular. Amma biz bütün komandalarla başabaş oynayacaq gücdə olduğumuzu bilirik". Newsport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis bu gün təşkil edilən mətbuat konfansında AVRO-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirib.

O, açılış oyununu İtaliyaya qarşı keçirməyin üstünlük olduğunu söyləyib: "Bu, ölkənin tanınması baxımından önəmlidi. Bakıya və Romaya gedib, təlim-məşq toplanışı üçün yer seçəcəyik. İtaliya ilə oyun digərlərindən fərqlidi. Bizim üçün iki kritik matç var. Uels və İsveçrəni Bakıda məğlub etmək istəyirik. Azərbaycanla, demək olar ki, iç-içəyik. Biz həm onları, həm də özümüzü təmsil edəcəyik. Uels və İsveçrəni orda məğlub etsək, 6 xalla qrupdan çıxarıq".

Qeyd edək ki, Türkiyə ilk oyununu Romada İtaliyaya qarşı keçirəcək, ardından isə Bakıda Uels və İsveçrə ilə üz-üzə gələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah