Hakimləri söyən məşqçilər və futbolçular cəzalandırıldı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə liqalarda məşqçi və futbolçu kobudluqları lazımi qiymətini alıb. Newsport.az saytının məlumatına görə, komitə növbəti dəfə sərt cəzalar tətbiq edib.

Region Liqasının “İmişli” – “Şamaxı” oyununda “İmişli”nin məşqçisi Samid Həsənov, “Arpaçay”(Şərur) – NDU görüşündə “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev, U-14 liqasında “Azəri TİM”in məşqçisi Orxan Verdiyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalandırılıb. Sonuncu hətta referilərə fiziki təzyiq göstərməyə də çalışıb. U-10 Liqasının “Kəpəz” – “Çinar UGFHK” qarşılaşmasında hakimi söyən “Çinar UGFHK”nın baş məşqçisi Elçin Quziryaninin cəzası 3 oyun olub.

Bundan başqa, Bakcell U-17 Liqasının “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in futbolçusu Həsən Seyfullayev, futzal üzrə üzrə Birinci Liqanın “Zirvə Bakı” – “Baku Fire 2” matçında isə “Zirvə Bakı”nın üzvü Murad İsmayılov referini təhqir edib. Onlar qarşıdakı 4 oyunu buraxmalı olacaqlar.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah