Mahmud Qurbanov diskvalifikasiya olundu

AFFA İntizam Komitəsinin (İK) bu gün növbəti iclası keçirilib. Newsport.az saytı xəbər verir ki, iclasda I divizionun XII tur oyunlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

“Neftçi-2” – “Kəpəz” görüşündə birincilərin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Məşqçiyə verilmiş cəzanın 3 görüşü şərti kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Qurbanov yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qaradağ Lökbatan” MOİK-lə matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimələnib.

“Zaqatala” ilə qarşılaşmada azarkeşlərə qarşı təhqiredici ifadələr işlədən “Turan Tovuz”un futbolçusu Sənan Qocayevə 3 oyunluq diskvalifikasiya verilib.

“Zirə-2” – “Sumqayıt-2” oyunundan öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi 40 manat cərimə olunub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah