İbrahim Karqbo Kiyev "Dinamo"sunda

Kiyev "Dinamo"su yeni futbolçu transfer edib. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, syerra-leoneli hücumçu İbrahim Karqbo Junior Ukrayna klubu ilə müqavilə bağlayıb.

Belçikalı forvard vaxtilə ölkəmizdə "Bakı"nın formasını geyinmiş İbrahim Karqbonun oğludu. Hazırda Belçikanın U-19 yığmasının üzvü olan 19 yaşlı hücumçu ölkəsinin "Roselar" klubundan alınıb.

Qeyd edək ki, bu il - 37 yaşında karyerasını bitirən İbrahim Karqbo 2010-2013-cü illərdə "Bakı"nın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right