Millimiz İngiltərə və Yunanıstanla qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Newsport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda yer alacaq.

Komandamız İngiltərə, Yunanıstan və San-Marino ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right