Azərbaycan - Monteneqro matçlarının tarixi dəyişdi

Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının tarixi dəyişdirilib. Newsport.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.

Belə ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi, bu gün də dekabrın 5-də keçirilməyəcək.

Tərəflər arasındakı razılığa əsasən komandalar sabah və dekabrın 6-da üz-üzə gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right