Asmir Beqoviç: "Qarabağ"da qalmaq istəyərdim"

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Premyer Liqanın 13-cü turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, bosniyalı qapıçı öncə qələbəni şərh edib:

- Çətin oyun oldu. Komanda şəklində mübarizə apardıq. Bəxtimiz gətirsəydi, daha çox qol vuraraq, rahat qələbə qazana bilərdik. Baxımlı qol vurduq və vacib 3 xal əldə etdik.

- Uzun zaman sonra “Qarabağ”ın qələbə qazanması barədə fikirləriniz necədir?

- Sizinlə razıyam. Bu gün yaxşı mübarizə apardıq. Bir az da bəxt üzümüzə güldü.

- Hava şəraiti sizə çətinlik yaradırdı?

- Bəli, yağış, külək var idi ki, çətin oldu. “Sabah” yaxşı təşkilatlanmış komandadır. Bizə qarşı kompakt şəkildə oynadılar.

- Ötən cümə axşamı “Ramon Sançes Pisxuan”da “Sevilya”ya qarşı oynadınız, indi isə Masazırda “Sabah”la matçda meydanda oldunuz. Uyğunlaşmaq çətin olmur?

- Fərqli matçlardır. Hər oyun önəmlidir. Artıq liqaya köklənməliyik və qalib gəlməliyik.

- “Qarabağ”dan ayrılacağınız iddia edilir. Qışda komandadan gedəcəksiniz?

- Burada elə bir şey yoxdur. İcarə müqaviləm onsuz da yanvarın 1-nə kimi idi. Vaxt bitəndən sonra İngiltərəyə qayıdacam. “Qarabağ”da da uzun müddət qalmaq istəyərdim.

- “Qarabağ”da qalmaq istəyərdiniz?

- Təbii ki, qalmaq istəyərdim. Baş məşqçim, komanda yoldaşlarım yaxşı insanlardır. Bakı gözəl şəhərdir. "Qarabağ"da qalmaq istəyərdim, amma mənim istəyimdən asılı deyil. “Bornmut” və “Qarabağ” arasında olan məsələlərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right