"Komandada psixoloji gərginlik var" - Qurban Qurbanov

Liqasınca XIII turun "Sabah" - "Qarabağ" (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz oyunu göstərməsək də, bu, bir az da mümkün deyildi. Eyni şey hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi.

- Rəqibdə dəyişiklik hiss etdiz əmi?
- Fərqli oyun üslubu var idi. Qarşıdakı oyunlarda bunu daha çox görəcəyik. İstədiklərini tam göstərməyə vaxt lazımdı.

- Avroa Liqası oyunundan sonra komandada vəziyyət necədi?
- Normaldı. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right