“Əsas çətinlik uzun uçuşlar və saat fərqidi”

“İlk hədəfimiz qrup mərhələsini adlamaqdır. Fikrimcə, komandamız bunu bacara bilər. Hər halda F qrupuna düşsəydik, vəziyyət daha mürəkkəb olardı". 

Newsport.az saytı xəbər verir ki, bunu İsveçrə millisinin direktoru Pyerluici Tami AÇ-2020-nin püşkatmasını dəyərləndirərkən deyib.

Onunla yanaşı, İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank da fikirlərini bölüşüb. Blank A qrupunda qərarlaşan komandanın Bakıda qalacağını istisna etməyib: "Qrupumuzda gördüyümüz əsas çətinlik uzun uçuşlar və saat fərqidi. Turnirin gedişatında harda məskən salacağımız hələ məlum deyil. Plan qrupun iki matçını keçirəcəyimiz yerdə qalmaqdı. Yəni komanda çox güman ki, Azərbaycanda olacaq".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İsveçrəlilər həmin ayın 21-də paytaxtımızda Türkiyə ilə qarşılaşacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right