Millimiz Monteneqro ilə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqroda təlim-məşq toplanışına start verib. Newsport.az saytının məlumatına görə, hazırlıq prosesi ayın 6-dək çəkəcək.

Komandamız bu müddətdə Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Sabah və dekabrın 5-də Podqoritsa şəhərində keçiriləcək görüşlər müvafiq olaraq yerli vaxtla saat 15:00-da və 13:00-da başlayacaq.

Hazırlıq prosesinə 20 futbolçu cəlb olunub: Sahib Həsənov, Qurban Səfərov (hər ikisi "Keşlə"), Bayram Nəcəfəliyev ("Paxtakor"), Vasif Fərəcov, Nəriman Axundzadə, Amin Qarayev (hamısı "Qarabağ"), Fariz Xeyrullayev, Oruc Məmmədov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), İbrahim Ramazanov, Sənan Kərimov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Emil Süleymanov (hamısı "Qəbələ"), Rəhman Məmmədov ("Sumqayıt"), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hər ikisi "Sabah"), Mahmud Ağayev ("Zirə"), Nicat Quliyev ("Səbail"), Raul Yaqubzadə ("Peruca", İtaliya).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right