“Qarabağ”ın legionerinə növbəti “elçi”

“Qarabağ”ın futbolçusu Simeon Slavçevə daha bir klub “elçi düşüb”.

Newsport.az xəbər verir ki, Polşanın “Lex” klubu 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. “Lex”in Slavçev üçün qış fasiləsində “Qarabağ”la danışıqlara başlayacağı bildirilir.

2018-ci ilin iyulundan “Qarabağ”da çıxış edən Slavçevlə Bolqarıstan “Levski” klubu da yaxından maraqlanır. Bu mövsüm az şans tapan Slavçevin qış fasiləsində “Qarabağ”la yollarını ayıracağı gözlənilir.

Bolqarıstan millisinə də dəvət alan yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right