"Bu haqda düşünmək lazımdır" - Stankoviç

"Nə deyə bilərəm? Meydana qələbə üçün çıxmışdıq, alınmadı. Bəzi epizodlar oldu ki, qol vurmaq lazım idi. Amma fərqlənə bilmədik. Heç-heçə etdik. Futboldur. Nə etmək olar?".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Voislav Stankoviç Azərbaycan Premyer Liqasının 13-cü turunda "Səbail"lə oyundan (0:0) sonra  deyib.

Onun sözlərinə görə, penaltidən qol buraxıb, uduza da bilərdilər: "Hər şey ola bilərdi. Amma heç-heçədən razı deyilik. Qeyri-stabilliyin nə ilə bağlı olduğunu deyə bilmərəm. Hər oyuna daha yaxşı oynayıb, qələbə qazanmaq üçün çıxırıq. Bir oyunda yaxşı çıxış edirik, digərini istədiyimiz səviyyədə keçirmirik. Hər şeyi analiz etməliyik. Görək, qarşıdakı matçlar nə göstərəcək".

Stankoviç çempionluq şansları haqda verilən sualı isə bu cür cavablandırıb: "İndidən çempionluq haqda düşünmək lazım deyil. Əvvəlcə öz oyunumuza baxmalıyıq. Çünki bu cür matçlarda qələbə qazanmalıyıq. Qol vura bilmirik. Bu haqda düşünmək lazımdır. Çempionluqdan danışmaq çox tezdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right