"Bizdə çatışmayan yalnız qol idi" - Bordin

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 13-cü turunda "Səbail"lə oyundan (0:0) sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda fikirlərini bildirib.

- Çətin oyun idi. Qapısına çox qapanmış komandaya qarşı oynadıq. Əlbəttə, müxtəlif istəqamətlərdən hücumlar edirdik. Rəqib də qapımız önündə sürətli əks-hücumlar yarada bilirdi. Çoxlu qol epizodu yaratdıq. Fikrimcə, heç olmasa, 1 qol vurmağa layiq idik.

 

- Sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağa mane olurdu...

-Sizinlə razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçiləri hərtəfəli bağlayırdı.

- "Neftçi"də qol şanslarını qaçırmaq bir ənənəyə çevrilib...

- Deməzdim ki, bu, ənənə halını alıb. Keçən oyunda çoxlu qol vəziyyətləri yaratdıq ki, bunun 3-də qola çevirdik. Qol vəziyyətləri yaratmasaydıq, bu, məni narahat edərdi. Onda çıxış yolu axtarardım.

- "Neftçi"nin keçən mövsümdən Bayılda oyunları çox çətin alınır, əksər vaxt xal itirir. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keşlə"ni də uda bilmədiniz. Bunu necə izah edərsininiz? Əsas səbəb süni qazondur, yoxsa?..

- Əlbəttə, ot örtüyünü təsiri var. Çünki təbii otda oynamağa öyrəşmişik. Burada isə çətindir. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə"ylə oyunla müqayisədə bu qazona daha yaxşı adaptasiya olunmuşdu.

- Xal itirməyinizin əsas səbəbini nədə görürsünüz?

- Bizdə çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Oyunun təhlilindən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right