Lorenso Frutos: "Böyük hədəflərə çatmaq üçün yaxşı heyətimiz var"

"Keşlə"nin futbolçusu Lorenso Frutos Premyer Liqanın 13-cü turunda evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, 6 qolla bombardirlər siyahısında liderliyi ələ keçirən paraqvaylı hücumçu oyunun ağır alındığını bildirib:

 

"Qol vurduğum üçün şadam. Amma qələbə qazandığımıza görə daha çox sevinirəm. "Sumqayıt" çox yaxşı komandadır. Rəqibin yaxşı heyətə malik olduğunu bilirdik. Ötən tur "Qarabağ" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunu da görmüşdük. Amma bizim üçün bu matç çox önəmli idi. Həftə ərzində ciddi hazırlıq keçmişdik. Müsbət nəticə əldə etmək istəyirdik. Bu qələbə bizim üçün olduqca vacib idi. Kollektiv olaraq yaxşı oynadıq və yaxşı da qələbə qazandıq. Hamımız bunun üçün çalışırdıq".

 

30 yaşlı forvard "Keşlə"nin çempionluq, özünün isə bombardirlik şanslarından danışıb: "Böyük hədəflərə çatmaq üçün yaxşı heyətə malik olduğumuzu düşünürəm. Növbəti oyunlara da 3 xal üçün çıxacağıq. Şəxsən özüm komandam üçün çalışıram. Hazırda komandamız ikinci yerdədir. Öz qollarımla komandama kömək etməyə çox çalışıram. Bunu edə bildikdə, çox sevinirəm. Gələcəkdə də belə davam etməyə çalışacağam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right