Asmir Beqoviç "Qarabağ"dan gedir

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç qış fasiləsində komandadan ayrılacaq.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”a qayıdacaq.

“Qarabağ” bosniyalı qapıçını yayda "gilaslar"dan 6 aylıq icarəyə götürmüşdü. Onun müqaviləsi dekabrın sonu başa çatacaq.

“Qarabağ” Avropa Liqasının qrupunda qaldığı üçün Beqoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right