"Neftçi"nin ilk rəqibi müəyyənləşdi

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yanvarın 7-də Bakıda bir araya gələcək komanda ayın 8-dən 10-dək fiziki testlər verəcək. Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək “ağ-qaralar” Manavqat bölgəsində məskunlaşacaq.

“Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-i, 20-si və 24-ü baş tutacaq. İlk rəqib Polşanın “LKS Lodz” klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right