İnqilab Məmmədov dünya çempionatının yarımfinalına təyinat aldı

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı referi bu gün baş tutacaq Yaponiya - Portuqaliya görüşündə üçüncü hakim olacaq. "Los Pynandi Stadium"da keçiriləcək qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.

Digər yarımfinalda görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək.

Dünya çempionatının finalı dekabrın 1-də olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right