"Qarabağ"ın ən yaxşıları legionerlərdi

Avropa Liqasında V turun oyunlarından sonra futbolçuların reytinq siyahısı açıqlanıb. Newsport.az saytı xəbər verir ki, “Fedeks” şirkətinin müəyyənləşdirdiyi indeksə görə, "Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandes hamını qabaqlayır.

Portuqaliyalı futbolçunun hesabında 7843 xal var. Onu "Sevilya"nın hücumçusu Munir El-Haddadi (7337) və "Reyncers"in forvardı Alfredo Morelos (7246) izləyir.

"Qarabağ"ın heyətində millimizin üzvləri arasında ən yaxşı göstərici Riçard Almeydadadı. Milliləşdirilən braziliyalı 2070 xalla 293-cü sırada yer alır. Reytinqdə növbəti yerdə "azərbaycalı" Ukrayna klubu "Aleksandriya"nın formasını geyinən müdafiəçi Pavel Paşayev qərarlaşır. Aktivində 1301 xal olan cinah oyunçusu özünə 501-ci pillədə yer edə bilib.

Bu baxımdan növbəti sırada "Qarabağ"ın orta sahə oyunçusu Qara Qarayev qərarlaşır. O isə 568-ci pillədədi (1075 xal).

“Qarabağ”ın ən yaxşı 3 futbolçusu isə legionerlərdi. Bunlar Dani Kintana (4323 xal - 40-cı yer), Ailton Silva (2830 - 153) və Miçeldi (2352 - 234).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right