"Qarabağ"ın müdafiəsini yarmaq çətin idi"

"Mənim üçün əlamətdar qol idi. Özümə əminlik aşıladıqları üçün komanda yoldaşlarıma və baş məşqçimizə minnətdaram". Newsport.az saytının məlumatına görə, bunu "Sevilya"nın hücumçusu Brayan Gil deyib.

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edən İspaniya klubu 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada ilk qolun müəllifi olan 18 yaşlı futbolçu yerli mətbuata açıqlamasında sevincini bölüşüb.

Gil əlinə düşən şansdan yararlandığını düşünür: "Həmişə demişəm ki, zövq ala biləcəyim hər şeyi edəcəm. Ümid edirəm ki, vurduğum qol bundan sonra daha çox oyun vaxtı əldə etməyimə kömək olar. Komanda yoldaşlarıma və mənə şans verən baş məşqçimə minnətdaram. Fikrimcə, birinci hissədə rəqibin müdafiə xəttini yarmaq çox çətin idi. Ancaq ikinci hissədə daha çox gücləndik və qələbə qazandıq. Bu gün mənə verilən şansdan yararlanmalı idim. Amma bunu sınaq kimi qəbul etmirəm. Vurduğum qolu ailəmə və oyunu izləməyə gələn dostlarıma həsr edirəm".

Qeyd edək ki, dünənki qarşılaşmanın 54-cü dəqiqəsində meydana daxil olan Brayan Gil cəmi 7 dəqiqə sonra hesabı açıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right