Araz Abdullayev: "Belə rəqiblərə qarşı çox hücum etmək olmur"

Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya İspaniyada 0:2 hesabı ilə uduzan "Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev oyundan sonra Newsport.az-ın Seviliyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
O, Araz öncə məğlubiyyəti şərh edib:
 
- Bu oyunda nəticə qazanmaq istəyirdik. Ən azı 1 xal qazanmaq istəyirdik. İlk hissədə yaxşı müdafiə olunduq, bəzən də hücum etdik. “Sevilya”nın ilk qolundan sonra açıldıq, hücumlar təşkil elədik. Belə komandalarla açıq futbol oynamaq çox çətin olur. İkinci qoldan sonra geri dönüş mümkünsüz oldu. Hesab 1:0 olanda ümidlərimiz var idi.
 
- Səviyyə fərqi özünü çox göstərdi?
- “Qarabağ” belə rəqiblərlə oynayıb. İspaniyanın “Atletiko” klubuna iki oyunda uduzmamışıq. Fikirləşirdik ki bacararıq. Azərbaycan xalqını, azarkeşləri xal qazanmaqla sevindirmək istəyirdik. Şansları son matça saxlamağı fikirləşirdik. Futboldur, irəli baxmaq lazımdır.
 
- Müəyyən zamanda “Sevilya”nın qapısında təhlükəli anlar yaşatdınız. Hətta Abdullah Zubirin mübahisəli penalti epizodu oldu. Qola mane olan nə idi?
- Hələ Zubirin epizoduna baxmamışam. Hakim 11 metrlik nöqtəni göstərmədi, qərar onundur. Belə rəqiblərə qarşı çox hücum etmək olmur. Bəli canlanma oldu, istədik, qol vuraq. Alınmadı, əvəzində qol buraxdıq.
 
- Azarkeşlə “Qarabağ”ın qrupdan çıxacağını düşünsə də, hər şey erkən başa çatdı. Sizin üçün də gözlənilməz oldu?
- Biz də qrupdan çıxmağı istəyirdik və bunun üçün çalışırdıq. Bəzən kənardan qrup rahat görünür, ancaq APOEL də bizim səviyyədə olan komandadır. Qrupdan çıxmağı biz də arzulayırdıq. Olan oldu, irəli baxmalıyıq. Çempionata köklənməli və yenidən Avropaya qayıtmalıyıq.
 
Hacı Mərdan/Seviliya

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right