Qurban Qurbanov: "Baş və ayaq eynidi, futbol olaraq geridəyik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”ya məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirilib.

 

Newsport.az-ın Seviliyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qurbanov, 0:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

 

- Rəqibi təbrik edirəm. Çox istərdik ki, ən azından 1 xalla qayıdaq, amma alınmadı. Bu oyunu bu gün biz çox təhlil edə bilərik. Futbolçular çox əziyyət çəkdi, hər birindən razı qaldım. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

 

- Bundan sonra nə olacaq?
- Nə olacaq dedikdə, bizim çempionat oyunumuz var və ona hazırlaşmalıyıq. Oyunlara diqqətimizi yetirəcəyik. Bu, bizim işimizdir.

 

- Dünən söylədiz ki, az səhv etməliyik. Bu gün meydanda futbolçular tapşırıqlarınızın neçə faizini yerinə yetirdi?
- İlk hissə daha dəqiq, daha intizamlı oynadılar. İkinci hissə səhvlər etdilər. Buna rəqib də məcbur edir. Bu oyunda böyük məsuliyyət vardı futbolçularda. Belə olan zaman səhvlər edirsən. Bəziləri bağışlanmazdır, onları başa düşürəm.

 

- Top itkilərinin çoxluğu nə ilə əlaqədar idi?
Tələskənlik deməzdim, bəzən rəqib məcbur edir. “Sevilya” La Liqada ən yaxşı pressinq edən komandalardandır.

 

- Sonuncu dəfə belə məyus olduğunuz yadınızdadır?
- Çox olub, bu da bunlardan biridir.

 

- Oyunun hakiminin idarəçiliyi haqda nə deyə bilərsiz?
- Bizim kimi komandalara daha kiçik baxırlar. İstəməzdim belə hallar olsun. Tək penalti epizoduna görə demirəm. Məncə, daha ədalətli olmalıdır. Bəzən kiçik komandaları hakimlər kiçik görür, digərlərinə simpatiyaları çox olur. Hakimin qərarları ilə razılaşmalıyıq.

 

- Qolu vuran Brayan Gilin 18 yaşı var. Nə üçün bizdə belə futbolçular yoxdur?
Biz kiçik futbol ölkələriyik. Futbolçu yetiştirməkdə bizim təcrübəmiz daha çox olmalıdır. Bu gün biz La Liqa ilə yerli çempionatı bir saya bilmərik. La Liqa daha köklüdür, bizdə isə müstəqillik dövründən sonra. Düşünürəm ki, belə oyunçuları biz gələcəkdə gözləməliyik. Bunun üçün çalışmalıyıq. Çatışmayan cəhətlərimiz çoxdur.

 

- İspanlardan futbolda neçə baş, neçə ayaq geriyik?
- Baş, ayaq eynidir, amma futbolda çox geriyik. Bu komanda La Liqada üst sıralardadır. Bizim üçün bu çempionatla yan-yana durmaq çətindir. Bəlkə də, bir addım, iki addım daha irəli gedə bilərik.

 

- Asmir Beqoviçin durumu nə yerdədir?
- Beqoviçin qalmasını istərdik. Ancaq bu, tək bizdən asılı deyil. Danışıqlar olacaq, dekabrı gözləməliyik.

 

- Bu dəfə qrupdan çıxmağa ümidləriniz çox idi. Qurban Qurbanov harda səhv etdi?
- Bəzən bizim qrupdan çıxmaq şansızım olub və yadınızdadır, ümumi oyuna baxsaq, “İnter”ə son dəqiqədə təmiz qol vurduq, ancaq sayılmadı. Həmin oyunda qələbə olsaydı, qrupdan çıxmışdıq. Məşqçi həmişə səhv edə bilər. Biz kollektivik. Bu günə kimi biz APOEL-dən zəif olmamışıq. Şansımız olub ki, qalib gələk. Qol epizodlarını götürsək, bütün komandalara qarşı ən çox üstünlük bizdə olub. Səhv edib-etməməyimi açıqlamaq düz olmaz. Bizim yaxşı klubumuz var və Azərbaycanı hər il təmsil edir, minimum 6 il. Nə rəhbərlik həvəsdən düşür, nə də biz. Qarşıya baxmalıyıq. Hiss olunur ki, nə qədər oyunlara hazırlaşsaq da daha çox təcrübə qazanırıq. Qruplarından çıxa bilməyən komandalar çoxdur. Həm ölkə olaraq, həm də “Qarabağ” olaraq daha ciddi addımlar atmalıyıq.

Hacı Mərdan/Seviliya





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right