"Qələbə yoluna qayıtmağa çalışırıq" Aeksandr Rıbka

"Zədədən sonra oyuna qayıtmağıma çox şadam, bu tamamilə xüsusi hissdi". Newsport.az saytının məlumatına görə, bunu "Səbail"in qapıçısı Aeksandr Rıbka deyib.

Qəsəbə təmsilçisi Premyer Liqanın XIII turu çərçivəsində dekabrın 1-də "Neftçi" ilə qarşılaşacaq.

Oyunöncəsi klubun rəsmi saytına danışan Rıbka 8 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymaq niyyətində olduqlarını söyləyib: "İndi fikirlərimiz yalnız "Neftçi" ilə növbəti oyuna bağlıdı. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right