"Qarabağ"a qol vursa...

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyun "Sevilya"nın hücumçusu Munas Dabbur üçün əlamətdar ola bilər. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı forvard bugünkü qarşılaşmada fərqlənməyə çalışacaq.

Məsələ burasındadı ki, karyerası ərzində Avropa Liqasında 13 qol vuran Dabbur hazırda bu turnirin ən məhsuldar 4-cü oyunçusudu. Onu 2-3-cü pillələri bölüşən fransalı Oaru və sabiq "Sevilya"lı Raul Ruseskudan cəmi 1 top ayırır. İsrail millisinin üzvü bu gün "Qarabağ"ın qapısına yol taparsa, 2-ci pilləyə şərik olacaq.

Avropa Liqası tarixinin bombardiri isə 18 qolla "Atletik"in forvardı Ariz Adurizdi. Dabburun avrokuboklarda ümumi qol sayı isə 23-dü.

Qeyd edək ki, bu gün "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right