Millimiz daha 3 pillə gerilədi

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Newsport.az saytı xəbər verir ki, siyahıda dəyişikliklər qeydə alınıb.

211 yığmanın yer aldığı cədvəldə Azərbaycan millisi yenə geriləyib. Nikola Yurçeviçin yetirmələri ötən ayla müqayisədə 3 pillə geriləyərək, 114-cü yerə düşüb. Komandamızın aktivində 1177 xal var.

Millimiz hesabat dövründə AVRO-2020-nin seçmə mərhələsində Uelsə evdə, Slovakiyaya səfərdə eyni hesabla (0:2) məğlub olub.

Millimiz və “qonşuları”

110 (110). Farer adaları - 1181

111 (117). Zimbabve – 1180

112 (107). Niger - 1179

113 (109). Tailand – 1178

114 (111). Azərbaycan – 1177

115 (114). Kosovo - 1174

116 (115). Koreya DR - 1170

117 (119). Namibiya - 1160

118 (121). Qazaxıstan - 1155





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right