Joao Feliks “Golden Boy” mükafatını qazandı

Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatının sahibi müəyyənləşib. Newsport.az xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks bu titula yiyələnib.

O, Ceydon Sanço (“Borussiya”, Dortmund) və Kay Havertslə (“Bayer”) mübarizədən qalib ayrılıb. Feliks 332 səs toplayaraq, rəqibləri üçün əlçatmaz oldu. Sanço ikinci (175 səs), Haverts isə (75) üçüncü olub.

“Golden Boy” mükafatı dekabrın 16-da Turində keçiriləcək tədbirdə təqdim ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right