"Hər dəfə öz-özümə deyirəm ki, sən Noyerə qol vurmusan" Nazarov

Millimizin və “Erzgebirge”nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya klubundakı penalti rekordu barədə danışıb.

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu “Tag24”ə açıqlamasında 11 metrlik cərimə zərbələrində dəqiqliyinin sirrlərini bölüşüb:

“Qapıçının nə etdiyinə diqqət edirəm. Ancaq həmişə öz fikrim var və heç vaxt qərarımı dəyişmirəm. Əgər zərbə vurmaq anında fikrinizi dəyişsəniz, böyük ehtimalla qol olmayacaq. Hədəfini seçib, zərbəni inamla vurmalısan”.

Nazarov 2016-cı ildə “Bavariya” ilə yoxlama oyununda Manuel Noyerin qapısına vurduğu penaltidən də danışıb: “Bavariya” ilə oyun 1:1 hesabı ilə başa çatmışdı. Matçın sonuna yaxın penalti vurmaq hüququ qazandıq. Məşqçimiz mənə dedi ki, penaltini dəqiq yerinə yetirsən, bundan sonra 11 metrlik cərimə zərbələrini həmişə sən vuracaqsan. İndi hər dəfə öz-özümə deyirəm ki, sən Noyerə qol vurdun, hansı ki, dünyada ondan yaxşı qapıçı yoxdur".

Qeyd edək ki, 2016-cı ildən Aue təmsilçisində çıxış edən Nazarov 13 penaltidən 12-ni dəqiq yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right